...

Sabirabadda ağır qəza zamanı yaralananların vəziyyəti AÇIQLANDI (ƏLAVƏ EDİLİB)

Hadisə Materials 27 Noyabr 2024 10:49 (UTC +04:00)
Sabirabadda ağır qəza zamanı yaralananların vəziyyəti AÇIQLANDI (ƏLAVƏ EDİLİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sabirabadda baş verən ağır qəzada yaralananların vəziyyəti məlum olub.

Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 27 noyabr 2024-cü il tarixidə Sabirabad rayon Minbaşı ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Onlardan 1986-cı il təvəllüdlü (kişi cinsli) şəxsə sol bud sümüyünün sınığı, sol bazunun sınığı, 2011-ci il təvəllüdlü ( cinsi qadın) şəxsə hər iki bud sümüyünün sınığı, 2017-ci il təvəllüdlü ( kişi cinsli) şəxsə isə qapalı kəllə beyin travması, daxili qanaxma, travmatik şok diaqnozu təyin edilib. İki nəfərin müalicəsi Anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, 2017-ci il təvəllüdlü şəxs isə hazırda əməliyyat olunur.

1992-ci il təvəllüdlü (cinsi kişi) şəxsi həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək olmayıb",- deyə qurumdan əlavə olunub.

XXX

09:55

Sabirabad rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Sabirabad rayonunun Qarağac kəndi ərazisində baş verib.

Belə ki, “Daewoo” və “Toyota” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 3 nəfər - S.Umudov, M.Hacıyev və S.Abuzərova vəfat edib, 3 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti