...

Meksika prezidenti ABŞ-ın rüsum tətbiq etməsi halında cavab tədbirlərini görəcək

Dünya xəbərləri Materials 26 Noyabr 2024 23:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Meksika mallarına rüsum tətbiq edərsə, Meksika cavab tədbirləri görəcək.

Trend “Associated Press”ə istinadən xəbər verir ki, Meksika Prezidenti Klaudiya Şeynbaum, ABŞ-ın Meksika mallarına rüsum tətbiq etməsi halında cavab tədbirlərinin görüləcəyini açıqlayıb.

Şeynbaum, ABŞ-nin avtomobil istehsalçılarının, sərhəddin hər iki tərəfində zavodları olan şirkətlər olduğunu qeyd edərək, "Bir tarif qarşılığında başqa bir tarifə səbəb olacaq və bu, ümumi şirkətlərimizi təhlükə altına alana qədər davam edəcək" deyib.

Əvvəlcə, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp, Meksika tərəfindən qanunsuz miqrantların və narkotik axınının məhdudlaşdırılmaması halında Meksikanın mallarına 25 faiz rüsum tətbiq edilə biləcəyini bildirmişdi.

Meksika prezidenti isə öz növbəsində mübahisəli məsələlərlə bağlı danışıqlara hazır olduğunu vurğulayıb, lakin onun fikrincə, narkotiklərin əsas problemi Meksikanın deyil, ABŞ-ın məsələsidir. Şeynbaum əlavə edib ki, Meksika artıq ABŞ-ya qanunsuz miqrantların və narkotiklərin axınını məhdudlaşdırmaq üzrə tədbirlər görüb.

Xəbər lenti

Xəbər lenti