Bakı. Trend:
Fəaliyyətdə olan bankların cəmi aktivləri bu ilin yanvar-oktyabr aylarında 1,1% artaraq 49 milyard 697 milyon 800 min manata çatıb. İlin əvvəlində bu rəqəm 49 milyard 178 milyon 200 min manat təşkil edib.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ilin əvvəlində bu göstərici 49 milyard 178 milyon 200 min manat təşkil edib.
Məlumata görə, sektorun cəmi öhdəlikləri bu dövrdə 43 milyard 254 milyon 600 min manata, balans kapitalı isə 6 milyard 443 milyon 200 min manata bərabər olub.