Bakı. Trend:
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarılan terrorçular siyahısında yer alan Daniel Andreas San Dieqo Böyük Britaniyada saxlanılıb. Cinayətkar noyabrın 26-da ABŞ-a ekstradisiya prosesinə başlamaq məqsədilə məhkəmə qarşısına çıxıb.
Trend-in “The Times”-ə istinadən yaydığı məlumata görə, San Dieqo radikal heyvan hüquqları qrupu ilə əlaqəli olduğu və 2003-cü ildə Kaliforniyada heyvanlar üzərində təcrübə aparan şirkətlərin yerləşdiyi iki binanı bombalamaqda ittiham olunur.
San Dieqo 2003-cü ildən bəri axtarışda idi. FTB 2006-cı ildə onun həbsinə kömək edəcək məlumat üçün 250.000 dollar mükafat təklif edib. 2009-cu ildə isə o, FTB-nin ən çox axtarılan terrorçular siyahısına daxil edilib.