...

Türkiyənin 11 vilayətində terrora qarşı əməliyyatlar keçirilib - 22 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 27 Noyabr 2024 13:08 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə İzmir mərkəzli 11 vilayətdə FETÖ-nün Türkiyə Silahlı Qüvvələrindəki (TSK) təşkilatlanmasına qarşı həyata keçirilən əməliyyat çərçivəsində 22 şübhəli saxlanılıb.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

“İzmir Respublika Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırma nəticəsində, həmin terror təşkilatının TSK daxilindəki strukturunda yer alan, o cümlədən, təşkilatın çevriliş cəhdindən sonra ordudan uzaqlaşdırılan və ya hazırda fəaliyyətdə olan 25 şübhəli barədə həbs qərarı çıxarılıb.

Qərara əsasən, İzmir ilə yanaşı İstanbul, Ankara, Qaziantep, Hatay, Kütahya, Eskişehir, Kocaeli, Artvin, Gümüşhane və Çanaqqala vilayətlərində müəyyən edilmiş ünvanlara jandarma və polis qüvvələri tərəfindən eyni vaxtda əməliyyatlar həyata keçirilib. Əməliyyat zamanı şübhəlilərdən 22-si saxlanılıb”, - məlumatda bildirilib.

Qeyd edilib ki, saxlanılanların jandarma və polis idarələrindəki prosedurları davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti