...

Qərbin istixana qazı emissiyaları ilə bağlı tarixi məsuliyyəti gələcək karbon bazarları çərçivəsində reallaşdırıla bilər - Boris Titov

Yaşıl iqtisadiyyat Materials 27 Noyabr 2024 11:40 (UTC +04:00)
Qərbin istixana qazı emissiyaları ilə bağlı tarixi məsuliyyəti gələcək karbon bazarları çərçivəsində reallaşdırıla bilər - Boris Titov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qərbin istixana qazı emissiyaları ilə bağlı tarixi məsuliyyəti gələcək karbon bazarları çərçivəsində həyata keçirilə bilər.

Trend xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov 2024-cü ildə Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransın (COP29) nəticələrinə dair jurnalistlərə açıqlamasında bildirib.

“Konfransın iki əsas nəticəsi "nə qədər?" və "necə?" suallarına cavab verir”, – deyə B.Titov vurğulayıb.

“Birincisi, Yeni Kollektiv Kəmiyyət Maliyyə Hədəfi (NCQG) əsasən, inkişaf etmiş ölkələr 2035-ci ilə qədər iqlim proqramlarına hər il 300 milyard dollar xərcləməlidir, əvvəlki kimi 100 milyard deyil. İkincisi, nəhayət, BMT himayəsi altında beynəlxalq karbon bazarlarının formalaşdırılması üçün metodoloji əsaslar yaradıldı”, – deyə o qeyd edib.

B.Titovun sözlərinə görə, inkişaf etmiş ölkələrə hər il inkişaf etməkdə olan ölkələrə 1 trilyon dollar iqlim qrantı ayırmaq kimi birbaşa tələblər uğurlu nəticə verməyəcək.

“Bu baxımdan, karbon bazarları mexanizmi daha uğurlu ola bilər, xüsusilə karbon vahidləri həm təbii həll yolları ilə CO2 udulması, həm də iqlim adaptasiyası layihələri nəticəsində nəzərə alınarsa.

Belə şəraitdə investorlar iqlim layihələrinə yatırılan vəsaitlərin karbon vahidlərinin satışı nəticəsində necə geri qayıdacağını daha yaxşı anlaya biləcəklər. Ümid edirəm ki, ŞƏT və BRİCS çərçivəsində həyata keçirəcəyimiz pilot layihələr belə hesablamalar üçün nümunə göstərəcək.

İqlim forumunda iki mühüm məsələ üzrə irəliləyiş əldə edilsə də, bu irəliləyişin reallığa çevrilməsi üçün tərəflərin qətiyyəti və razılığı tələb olunur. Əgər ŞƏT və BRİCS ölkələri ədalətli keçid baxışlarını aktiv şəkildə irəli sürsələr, iqlim siyasətindən real nəticə əldə etmək şansımız var”, – deyə Boris Titov yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti