Bakı. Trend:
"Adana Demirspor" klubunun qazaxıstanlı hücumçusu Abat Aymbetovun karyerasını Azərbaycanda davam etdirə biləcəyi ehtimal olunur.
Trend xəbər verir ki, bu barədə məlumatı “vesti.kz” portalı yayıb.
Məlumata görə, 29 yaşlı forvard "Turan Tovuz" klubunun transfer siyahısına daxil edilib və onun yanvar ayında komandaya qoşulması gözlənilir.
Qeyd edək ki, Aymbetovun hazırkı müqaviləsi Türkiyənin “Adana Demirspor” klubu ilə 2025-ci il iyunun 30-dək qüvvədədir. Təcrübəli hücumçunun Azərbaycana keçidi baş tutacağı təqdirdə, bu, "Turan Tovuz" üçün mövsümün ikinci yarısında hücum xəttini gücləndirmək baxımından mühüm addım ola bilər.