...

Tanzaniyada binanın çökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb

Dünya xəbərləri Materials 26 Noyabr 2024 22:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

Tanzaniyanın Dar əs-Salam şəhərində dördmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.

Trend xəbər verir ki, bu barədə Citizen portalı məlumat yayıb. Hadisə noyabrın 16-da şəhərin ən böyük bazarının yerləşdiyi Kariaku rayonunda baş verib. Faciə nəticəsində azı 84 nəfər müxtəlif dərəcəli xəsarət alıb, xilasedicilər yaralıları dağıntılar altından çıxarıblar. Əvvəlcə 13 nəfərin öldüyü və 42 nəfərin yaralandığı bildirilmişdi.

Şahidlərin sözlərinə görə, qəzanın mümkün səbəbi binanın yeraltı mərtəbələrinin genişləndirilməsi işləri ola bilər. Bununla bağlı hökumət araşdırma aparır və artıq binanın sahibi saxlanılıb. Bu barədə hökumət sözçüsü Tobias Makoba məlumat verib.

Tanzaniya prezidenti Samia Suluhu Həsən hadisədən sonra Baş nazir Kassim Majaliwa-ya bölgədəki bütün binaların texniki vəziyyətinə baxış keçirilməsi ilə bağlı göstəriş verib. Bu addım bənzər hadisələrin qarşısını almaq məqsədi daşıyır.

Xilasetmə işləri və araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti