...

G7 ölkələrinin xarici işlər nazirləri bu ölkəyə toplaşıb

Dünya xəbərləri Materials 26 Noyabr 2024 20:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyada “Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, İtaliyanın G7-yə sədrliyi çərçivəsində baş tutan görüşdə ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiyanın xarici işlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsi iştirak edirlər.

Məlumata görə, toplantıda qlobal miqyasda təhlükəsizlik məsələləri, münaqişə zonalarındakı vəziyyət və Yaxın Şərqlə artan gərginliklə bağlı müzakirələr aparılır.

G7 xarici işlər nazirlərinin görüşündə bəyannamə qəbul olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti