...

İranda baş verən zəlzələ Ordubadda hiss olunub

Hadisə Materials 26 Noyabr 2024 22:13 (UTC +04:00)
İranda baş verən zəlzələ Ordubadda hiss olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran ərazisində baş verən zəlzələ Azərbaycanın Ordubad şəhərində də hiss edilib.

Trend xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 20:50-də Ordubad stansiyasından 50 kilometr cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların maqnitudası 4,4 olub, zəlzələnin ocağı isə 4 kilometr dərinlikdə yerləşib.

Ordubad şəhərində zəlzələ 3 bala qədər hiss olunub. Hadisə ilə bağlı hər hansı ciddi ziyan və ya insan tələfatı barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti