Bakı. Trend:
Rəsmi Moskva 30 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Britaniya tərəfinin düşmənçilik hərəkətlərinə cavab olaraq, Rusiyanın “stop siyahısı”na bir sıra siyasi qurumun, hərbi blokun, yüksək texnologiyalı müəssisələrin, habelə Britaniya jurnalist korpusunun nümayəndələrinin daxil edilməsi barədə qərar qəbul edilib”, - nazirlikdən bildiriblər.
Qeyd edilir ki, sanksiya siyahısına Böyük Britaniyanın baş nazirinin müavini, Daxili İşlər, Ədliyyə, Səhiyyə və Maliyyə nazirliklərinin rəhbərləri daxil edilib.