...

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib

Cəmiyyət Materials 26 Noyabr 2024 18:32 (UTC +04:00)
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Vətən müharibəsi bitəndən indiyə qədər şəhid ailəsinin üzvü və müharibə veteranı olan 106 min nəfərə 119 min aylıq sosial ödəniş, 24,2 min şəxsə isə birdəfəlik ödəmə təyin olunub.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilir ki, həmçinin şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 326 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib.

Məlumata görə, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 68,1 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

"Müharibə ilə əlaqədar əlilliyi olan 2232 şəxs 61,1 min reabilitasiya vasitəsi, o cümlədən 490 şəxs 599 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.

Bununla bərabər, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 24,4 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 12,1 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 363 min xidmət göstərilib", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti