...

ABŞ Türkiyəyə "F-35" qırıcılarının təhvil verilməsinə razılıq verib

Dünya xəbərləri Materials 26 Noyabr 2024 22:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Türkiyəyə təhvil verilməmiş "F-35" qırıcı təyyarələrinin tədarükü ilə bağlı mövqeyini dəyişib və bu məsələ üzrə müsbət yanaşma nümayiş etdirib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər məlumat verib.

Nazirin sözlərinə görə, hazırda ABŞ-da Türkiyəyə məxsus 6 ədəd "F-35" təyyarəsi mövcuddur. Gülər bildirib ki, Türkiyənin beşinci nəsil döyüş təyyarəsi olan "KAAN" istehsalını görən ABŞ tərəfi münasibətini dəyişərək, bu təyyarələrin təhvil verilə biləcəyini ifadə edib.

"Biz onlara "F-35" almaq təklifini yenidən göndərdik," - deyə nazir vurğulayıb.

Bu addım, iki ölkə arasında müdafiə sahəsində yaranmış gərginliklərin yumşalmasına və tərəflər arasında hərbi-texniki əməkdaşlığın bərpasına işarə kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti