Bakı. Trend:
Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 27 noyabr 2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Trend-in məlumatına görə, bu barədə "Azəriqaz" İB-dən açıqlama verilib.
Açıqlamada qeyd olunub ki, təmir-bərpa işləri zamanı Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrində qaz təchizatında fasilə yaranacaq. İstifadəçilərə narahatlıq yarandığı üçün "Azəriqaz" İB təmir işlərinin ən qısa zamanda başa çatdırılacağını bildirib.