Bakı. Trend:
Avropanın nəhəng futbol klublarının transfer siyahısında yer alan "Sportinq"in hücumçusu Viktor Qyökereşə yeni bir təklif gəlib.
Trend-in məlumatına görə, "Çelsi" klubu, isveçli futbolçunu yanvar ayında transfer etmək niyyətindədir. London klubu, 26 yaşlı hücumçu üçün "Sportinq"ə 85 milyon avro ödəməyi təklif edir. Həmçinin, "Çelsi" Qyökereşi qış transferində transfer edərək, onu mövsümün sonuna kimi hazırkı klubuna icarəyə verməyi planlaşdırır.
"Record" nəşrinin məlumatına görə, London klubunun transfer yarışında daha şansı olduğu bildirilir.
Qeyd edək ki, Viktor Qyökereş "Sportinq"ə keçməzdən əvvəl İngiltərənin "Koventri" klubunda çıxış edib. İsveç millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində 19 rəsmi matçda 24 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.