Bakı. Trend:
Britaniyalı müğənni və bəstəkar Elton Con görmə problemləri
səbəbindən yeni mahnılar yaza bilmədiyini bildirib.
Trend xəbər verir ki, 77 yaşlı sənətçi bu barədə “Good Morning America” verilişində danışıb.
Elton Conun sözlərinə görə, hər iki gözündə, xüsusilə də sağ gözündə görmə zəifliyi var. O, bu səbəbdən studiyada mahnı yazmağı çətinliklə bacardığını və hətta mahnı sözlərini oxuya bilmədiyini etiraf edib.
Qeyd edək ki, müğənni son illər səhhəti ilə bağlı müxtəlif problemlərlə üzləşib.