...

İqtisadiyyatın sürətli inkişafı yeni peşələrin yaranmasını sürətləndirir – Deputat

Cəmiyyət Materials 27 Noyabr 2024 12:05 (UTC +04:00)
İqtisadiyyatın sürətli inkişafı yeni peşələrin yaranmasını sürətləndirir – Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun layihələrində əvvəllər Milli Məclisdə qaldırılmış məsələlərin bir qisminin həlli istiqamətində işlərin görülməsi nəzərdə tutulur.

Trend xəbər verir ki, bunu deputat Bəxtiyar Əliyev Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

Deputat bildirib ki, bu sahədə həyata keçirilən islahatlar öz müsbət nəticəsini verir və əhalinin sosial müdafiəsi daha da möhkəmlənir:

“Dövlət sosial müdafiə Fonduna təqribən 7.676.420.000 manat ayrılması nəzərdə tutulur. Əlbəttə, bu, böyük məbləğdir və ölkənin sürətli iqtisadi inkişafı imkan verir ki, əhalinin sosial müdafiəsinin dayanıqlılığı təmin edilsin.

Məsələn, əmək pensiyalarının ödənilməsinə 7.210.530.000 manat və ya büdcənin təqribən 19% həcmində vəsaitin ayrılması proqnozlaşdırılır. Bu, böyük vəsaitdir və vətəndaşların sosial müdafiəsini gücləndirir.
İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərcləri 260.700.000 manat məbləğində nəzərdə tutulur. İşsizliyə görə sığorta ödənişləri 17.000.000 manat təşkil edir.

Bu məbləğin çox və ya az olduğunu demək çətindir. Lakin Fond tərəfindən Özünüməşğulluğun əhatə dairəsinin genişləndirilməsi və bu tədbirlərin təşkili üçün 77.000.000 vəsaitin ayrılması təqdirəlayiqdir. Amma yaxşı olar ki, yeni iş yerlərinin yaradılması üçün mikro sahibkarlığın stimullaşdırılması məqsədilə digər qurumlarla birlikdə kreditlərin verilməsi qaydalarına baxılsın. Yeni sahibkarlıq subyektlərinin fəaliyyəti həm işsizlikdən sığorta fonduna ödənişləri artıra, həm də büdcənin bu istiqamətdə yükünü azalda bilər”.

B.Əliyev vurğulayıb ki, yeni iş yerlərinin yaradılmasında bazarın tələblərinə uyğun peşə hazırlığı və əlavə təhsilin təşkili olduqca vacib bir məsələdir.

“Bu tədbirlərə 35.000.000 manat vəsait artırılması nəzərdə tutulur. Hesab edirəm ki, iqtisadiyyatın sürətli inkişafı yeni peşələrin yaranmasını da sürətləndirir. Bu baxımdan peşə standartlarının və buna uyğun olaraq təhsil proqramlarının hazırlanması işini sürətləndirməliyik. Çünki bu gün mövcud olan bir çox peşələrə tələbat azalır, əvəzində isə yeni peşələr yaranır. Yaxın gələcəkdə insanların yeni peşələr üzrə yenidən hazırlanması geniş miqyas alacaq. Əmək bazarında rəqabətədavamlı mütəxəssislərin hazırlanması bir nömrəli vəzifədir. Bu istiqamətə maliyyə vəsaitlərin cəlbinə diqqət artırılmalıdır”.

Xəbər lenti

Xəbər lenti