...

Bu il neçə nəfər reabilitasiya vasitələri ilə təmin edilib?

Cəmiyyət Materials 27 Noyabr 2024 10:20 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin on ayı ərzində ümumilikdə 10,3 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan şəxsləri 82,8 min reabilitasiya vasitəsi ilə təmin edib.

Onlardan 4,6 mini təkərli oturacaq (o cümlədən 153 mühərrikli təkərli oturacaq), 1,7 mini aşağı və yuxarı ətraf protezi, habelə 2 mini eşitmə aparatı, 2,3 mini qoltuqaltı və dirsəkaltı ağac, 149-u korset olub.

Həmin şəxslərə 2,9 min cüt protez ayaqqabı, 5,4 min cüt ortopedik ayaqqabı və s. reabilitasiya vasitələri də təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti