Bakı. Trend:
Əlilliyə görə pensiyaçılardan sığorta stajı tələb olunur. Hər halda orada anlaşılmazlıq var. Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajı yalnız həmin şəxsin əmək qabiliyyəti dövrü üçün tələb olunur, əlil olduqdan sonrakı dövr üçün belə bir tələb yoxdur.
Trend xəbər verir ki, bunu Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
"Vətəndaş əgər heç vaxt işləməyib, sonradan əlil olursa, əlbəttə, sosial sığorta ödəmədiyinə görə pensiya sisteminə girə bilməyəcək, o, müavinət sisteminə girəcək. Amma əgər vətəndaş işləyib sonradan əlillik qazanıbsa, əmək qabiliyyətli hər ilinə görə cəmi 4 ay sığorta stajı tələb olunur. Düşünürük ki, bu, kifayət qədər böyük güzəştli yanaşmadır", - deyə nazir bildirib.