...

Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edildi

Cəmiyyət Materials 27 Noyabr 2024 10:11 (UTC +04:00)
Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edildi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli ƏSədov imzalayıb.

Sənədə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

Xəbər lenti

Xəbər lenti