...

"Jaguar" təhlükəsizlik problemi səbəbindən təxminən 3 min krossoverini geri çağırır

Dünya xəbərləri Materials 27 Noyabr 2024 04:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Jaguar" şirkəti yanğın riski ilə əlaqədar 2 760 "I-Pace" model elektromobilini geri çağıracağını elan edib.

Trend-in "CarsCoops"a istinadən verdiyi məlumata görə, geri çağırma 2019-cu ildə istehsal edilən avtomobillərə şamil edilir və əsasən ABŞ-dəki sahibləri əhatə edir.

Geri çağırmaya səbəb batareyaların həddindən artıq qızması və bununla bağlı yüksək yanğın riski olub. Əvvəlki kampaniyalar zamanı şirkət proqram təminatını yeniləyərək problemi həll etməyə çalışıb. Lakin istifadəçilər avtomobillərinin batareyalarının həddindən artıq qızması ilə bağlı şikayətlərini davam etdiriblər.

Bu il avqust ayında "Jaguar" sürücülərə avtomobillərini binalardan uzaqda, açıq sahələrdə park etməyi tövsiyə etmişdi. Bununla belə, proqram təminatında edilən dəyişikliklərə baxmayaraq, 2019-cu il istehsalı olan üç avtomobilin yanması qeydə alınıb.

Şirkət təhlükəsizlik riskini aradan qaldırmaq üçün avtomobilləri geri çağırmaqla yanaşı, problemin həlli üçün yeni addımlar atacağını bildirib.

Xəbər lenti

Xəbər lenti