...

Avstraliya Parlamenti 16 yaşdan kiçiklərə sosial media qadağasını təsdiqlədi

Dünya xəbərləri Materials 27 Noyabr 2024 07:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliya Federal Parlamentinin Nümayəndələr Palatası 16 yaşdan kiçik şəxslərə sosial şəbəkələrdən istifadənin qadağan olunmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Trend xəbər verir ki, Parlamentin rəsmi saytında yayımlanan məlumata görə, qanun layihəsi 115 deputatdan 102-nin lehinə səsi ilə qəbul edilib. Əleyhinə səs verənlər arasında Yaşıllar Partiyasının bütün fraksiyası və bir neçə müstəqil deputat olub.

Qanun layihəsi yaxın günlərdə Senata təqdim ediləcək və burada da böyük ehtimalla senatorların dəstəyini alacağı gözlənilir.

Avstraliyanın Baş Naziri Entoni Albanese qanun layihəsini şəxsən təqdim edərək, həftənin sonuna qədər onun “şərtsiz təsdiq” ediləcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti