...

BƏƏ-də III Qlobal Qadın Forumu işinə start verib

Dünya xəbərləri Materials 27 Noyabr 2024 03:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən Cumeyrada III Qlobal Qadın Forumunun rəsmi açılış mərasimi keçirilib.

Trend-in BƏƏ-nin WAM xəbər agentliyinə istinadən verdiyi məlumata görə, iki gün davam edəcək tədbir dünyadan təxminən 6000 iştirakçını bir araya gətirib.

Forumun açılış mərasimində bir sıra yüksək səviyyəli qonaqlar, o cümlədən Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Pakistanın birinci xanımı Asifa Bhutto Zardari, Filippinin birinci xanımı Liza Araneta Markos, eləcə də nazirlər, hökumət nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbirdə BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Al Məktum, Dubay hakiminin birinci müavini və Nazirlər Şurası sədrinin müavini Şeyx Məktum bin Məhəmməd bin Raşid Al Məktum da iştirak edib.

Forum çərçivəsində 60-dan çox panel müzakirəsi keçiriləcək. Bu sessiyalarda qadınların müxtəlif sahələrdə, xüsusilə liderlik və təşəbbüskarlıq mövzularında rolunun artırılması və inkişaf perspektivləri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti