...

Bankların kredit portfeli 1.4% artıb

İqtisadiyyat Materials 27 Noyabr 2024 12:56 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Kredit portfelinin artımı cari ilin oktyabr ayında da davam edib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, hesabat ayında bankların kredit portfeli 1.4% və ya 374.6 milyon manat artaraq 27 milyard 80 milyon 500 min manat olub.

Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54% (14 milyard 628 milyon 100 min manat); ıı) istehlak kreditləri – 30.6% (8 milyard 277 milyon 800 min manat) və ııı) ipoteka kreditləri – 15.4% (4 milyard 174 milyon 600 min manat).

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.2 faiz bəndi azalaraq 1.7% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti