...

Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə regional seminar keçiriləcək

Cəmiyyət Materials 27 Noyabr 2024 10:30 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il 2-3 dekabr tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar keçiriləcək.

Bu barədə Trend-ə Agentlikdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan ilə ÜƏMT arasında kreativ iqtisadiyyat sahəsində əməkdaşlığın davamı olan regional seminarda bu beynəlxalq təşkilatı təmsil edən nümayəndə heyəti, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edəcəklər.

İki gün davam edəcək tədbirdə ÜƏMT-nın peşəkar mütəxəssisləri kreativ iqtisadiyyatın müxtəlif aktual məsələlərinə dair maraqlı məruzələrlə çıxış edəcək, əqli mülkiyyətin, o cümlədən müəllif hüquqlarının kreativ iqtisadiyyatın inkişafında payı barədə müzakirələr aparılacaq. Həmçinin kreativ iqtisadiyyatın inkişafında Azərbaycan təcrübəsi haqqında məlumat veriləcək.

Beynəlxalq tədbirdə ölkəmizin nazirliklərinin, komitələrinin və dövlət agentliklərinin səlahiyyətli nümayəndələri, Milli Məclisin üzvləri, ali məktəb rəhbərləri, ictimai təşkilatların əməkdaşlarının iştirakı gözlənilir.

Tədbirin əvvəlində media üçün brifinq keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti