Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 237 milyon 254 min ABŞ dolları dəyərində 910 min 542 ton kimya sənayesi məhsulları ixrac edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 37 milyon 186 min ABŞ dolları (18,6%), həcm baxımından isə 196 min 856 ton (27,5%) çoxdur.
10 ayda kimya sənayesi məhsulları ixracı ölkənin ümumi ixracının 1.04%-ni təşkil edib.
Xatırladaq ki, ötən ilin 10 ayında Azərbaycan 200 milyon 68 min ABŞ dolları dəyərində 713 min 686 ton kimya sənayesi məhsulları ixrac edib.