...

Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmaların illustrasiyası olan xatirə qəpiyi Quterreşə təqdim edildi (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2024 15:04 (UTC +04:00)
Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmaların illustrasiyası olan xatirə qəpiyi Quterreşə təqdim edildi (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) tərəfdaşlığı ilə Portuqaliyanın Kaşkaiş şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) X Qlobal Forumu zamanı BMT Baş katibi ilə xüsusi görüş baş tutub.

Trend xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, BMT-nin Baş katibi Antonio Quterreş və Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq Prezidenti Vayra Vike-Freyberqa ilə yanaşı, BMT-nin 73-cü Baş Assambleyasının prezidentləri Maria Fernanda Espinosa, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Serbiyanın sabiq Prezidenti Boris Tadic, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev, Latviyanın sabiq Prezidentləri Valdis Zatlers və Egils Levits, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Gürcüstanın sabiq Baş nazirin müavini Eka Tkeşelaşvili, Belçikanın sabiq Baş naziri İv Leterme, Seneqalin sabiq Baş naziri Aminata Toure, Yunanıstanın sabiq Baş naziri George Papandreou, Avstriyanın sabiq xarici işlər Naziri və Avrupa Komissarı Benitta Ferrero, NGBM-nin Baş katibi Rövşən Muradov, Strateji və Davamlı İnkişaf üzrə koordinatoru Rza Əliyev və Asim Şahsuvarlı, Zeyneb İbadzadəh qatılmışdır.

Görüş zamanı COP29, dünyanın üzləşdiyi beynəlxalq çağırışlara dair fikir mübadiləsi aparılıb və bu toplantının mütəmadi keçirilməsi razılaşdırılıb. Eyni zamanda, Baş katibə Mərkəz tərəfindən reallaşdırılan XII Qlobal Bakı Forumu, BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı və keçirdiyi təşəbbüslər haqqında məlumat verilib.

Bundan əlavə, Mərkəzin Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmaların illustrasiyası olan xatirə qəpiyi Baş katibə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti