...

Azərbaycanda bu institutun binalarında təmir işləri aparılacaq

Tender müsabiqələri Materials 27 Noyabr 2024 15:51 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun inzibati və laborator binalarında cari təmir işləri həyata keçiriləcək.

Trend-in dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu hazırlıqlara başlayıb.

Məlumata görə, təmir işləri institutun Bakı Regional Sınaq Laboratoriya binası, Lənkəran Regional Sınaq Laboratoriya binası, Mərkəzi Baytarlıq Laboratoriyası, Mingəçevir Təlim Mərkəzi, Xaçmaz Regional Sınaq Laboratoriyası binası, MBL Quba Regional Bölməsinin binası və Şamaxı Regional Sınaq Laboratoriya binasında aparılacaq.

İnstitut sözügedən işlərin icrasını "Uğur Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 235.512,18 AZN ( 235 min 512 manat 18 qəpik) olan müqavilə bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti