Bakı. Trend:
2024-cü il noyabrın 27-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Qazaxıstanın Astana şəhərinə dövlət səfərinə gedib.
Trend xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putini hava limanında Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
Məlumata görə, ali qonağın şərəfinə hava limanında fəxri qarovul düzülüb.
Qeyd edək ki, daha əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putini Qazaxıstana dəvət etmişdi.
Səfər proqramı çərçivəsində yüksək səviyyəli danışıqların keçirilməsi, eləcə də Qazaxıstan və Rusiya arasında XX Regional Əməkdaşlıq Forumu çərçivəsində tədbirlərdə iştirak nəzərdə tutulur. Dövlət başçıları forumda videobağlantı vasitəsilə iştirak edəcəklər.