Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin
Sərəncamı ilə Kamilə Hüseyn qızı Dadaşzadə Azərbaycan Milli
Konservatoriyasının rektoru təyin edilib.
Trend xəbər
verir ki, Kamilə Dadaşzadə Azərbaycan Milli Konservatoriyasında
təhsil alıb.
K.Dadaşzadə uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində (ADMİU) çalışıb. O, 2005-2007-ci illərdə və 2011-ci
ildən bu günə qədər ADMİU-nun Musiqi Tarixi və Nəzəriyyəsi
kafedrasının müdiri olub.
O, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə
fəlsəfə doktoru, professordur.