Bakı. Trend:
Bələdiyyə seçkiləri ilə bağlı Təqvim planı layihəsi artıq hazırdır.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
O bildirib ki, namizədin qeydə alınması üçün zəruri sənədlərin təqdim edilməsi müddəti dekabrın 10-da başlayıb, dekabrın 30-dək davam edəcək.
Qeyd edək ki, növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.