Bakı. Trend:
Füzuli rayonunun beş kəndinin xarici elekrik təchizatı ilə təmin olunması işlərinə başlanılır.
Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, bununla bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti hazırlıqlara başlayıb.
Məlumata görə, rayonun Dövlətyarlı (ağıllı kənd) (Zərgər, Qıyıqçı, Qızıl Qışlaq və Qaraməmmədli kəndi ilə birlikdə) kəndinin xarici elekrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri həyata keçiriləcək.
Qurum sözügedən işlərin icrasını “Harmony İndustrial Construction and Engineering Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 3.918.843,77 AZN (3 milyon 918 min 843 manat 77 qəpik) olan müqavilə bağlayıb.