Bakı. Trend:
Bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqatın başlanması prosesi isə 2025-ci ilin yanvarın 6-dan başlayacaq və yanvarın 28-i 00:00-da dayandırılacaq.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
O bildirib ki, yanvarın 19-na qədər seçki bülletenləri hazırlanacaq.
Qeyd edək ki, növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.