...

Polşa prezidentinin “binokl şousun”da iştirak etməsindən dərin təəssüf hissi keçiririk - XİN

Siyasət Materials 27 Noyabr 2024 17:18 (UTC +04:00)
Polşa prezidentinin “binokl şousun”da iştirak etməsindən dərin təəssüf hissi keçiririk - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Polşa Prezidenti Andjey Dudanın Aİ-nin Ermənistandakı Missiyasının (EUMA) üzvlərinin müşayiəti ilə Ermənistan-Azərbaycan sərhəd bölgəsinə səfəri, təəssüf ki, müxtəlif Aİ-yə üzv ölkələrin və Avropa institutlarının anti-Azərbaycan siyasətinin növbəti nümayişidir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında qeyd edilib.

"Rəsmi olaraq Azərbaycanın "strateji tərəfdaşı" olan bir ölkənin prezidentinin Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik “binokl şousun”da iştirak etməsindən dərin təəssüf hissi keçiririk.

Azərbaycan rəsmilərinin Polşa Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə çoxsaylı mesajlar göndərməsinə baxmayaraq, Polşa tərəfi bu təxribat xarakterli addımdan çəkinməyib. Azərbaycan bu qeyri-dost hərəkətə qarşı lazımi diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti