Bakı. Trend:
İspaniyanın Alikante vilayətindəki zavodun sənaye anbarında baş verən partlayış nəticəsində azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi xəbər verib.
Məlumata əsasən, hadisə yerli vaxtla saat 12:00 radələrində İbi yaşayış məntəqəsində baş verib. Binada qazanın partlaması zavodun damının və divarlarının bir hissəsinin uçmasına səbəb olub, nəticədə obyektdə olan bir neçə nəfər dağıntılar altında qalıb.
Hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları və həkimlər cəlb olunub.