Bakı. Trend:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna və Rusiya üzrə xüsusi elçi vəzifəsinə Kit Kelloqun namizədliyini irəli sürüb.
Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Mən general Kit Kelloqu prezidentin köməkçisi və Ukrayna və Rusiya üzrə xüsusi elçi vəzifəsinə irəli sürməkdən çox məmnunam", - deyə o bildirib.
Trampın ilk prezidentliyi dövründə K.Kelloq Milli Təhlükəsizlik Şurasında çalışıb və vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri olub.