Bakı. Trend:
Fransada 2025-ci il martın 31-də məhkəmə "Milli Birlik" partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penin Avropa Parlamentindən pul oğurlaması ilə bağlı işi üzrə qərar çıxaracaq.
Trend-in məlumatına görə, bu barədə "Le Figaro" qəzeti xəbər verib.
İşə baxılması noyabrın 27-də başa çatıb. İclasın sonunda Le Penə söz verilsə də, o, məhkəmədə çıxış etməyib.
Dinləmədən sonra o, jurnalistlərə deyib ki, hökmün çıxarılmasının gecikməsi “bu işin bəzi insanların düşündüyündən qat-qat mürəkkəb olduğunu göstərir”. O, həmçinin əlavə edib ki, vəziyyətlə bağlı " yenə də narahat deyil".
Noyabrda Fransa prokurorluğu Le Penin Avropa Parlamentinin vəsaitlərini mənimsəmə ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.