...

Finlandiyada minalardan imtina etməsinə dair konvensiyadan çıxmaq təşəbbüsü irəli sürülüb

Dünya xəbərləri Materials 28 Noyabr 2024 01:10 (UTC +04:00)

Bakı. Trend:

Finlandiyada bir qrup vətəndaş piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmaq təklifi ilə bağlı imza toplamağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Yle" portalı xəbər verib.

"Təşəbbüsü dəstəkləyən ərizələrin toplanmasına dekabrın 6-da Dövlət Müstəqilliyi Günündə başlanılacaq. Parlamentə keçmək üçün 50 min imza lazımdır", - deyə bildirilib.

Təşəbbüskarlar Avropa Parlamentinin deputatı Mika Aaltola, keçmiş müdafiə naziri Jussi Niinistö, Finlandiya Müdafiə Qüvvələrinin keçmiş komandanı admiral Juhani Kaskeala və bir sıra keçmiş diplomatlar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti