...

İsrail ordusu Livandan 100-dən çox mərmi atıldığını bildirib

Dünya xəbərləri Materials 2 Oktyabr 2024 22:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Livan ərazisindən ölkənin şimal bölgələrinə yeni bir atəş açma dalğasını qeydə alıb.

Trend xəbər verir ki, ordunun mətbuat xidmətinə əsasən, Livan ərazisindən ümumilikdə 100-dən çox mərmi atıldığı müəyyən edilib.

Hesabata görə, Qərbi Qalileyə təxminən 70 raket, Yuxarı Qalileyə isə 30 mərmi atılıb.

Bundan əlavə, sərhəddə yerləşən Avivim kəndi istiqamətinə də iki raket atışı baş verib.

Mərmilərin bir qismi açıq ərazilərə düşüb. İtkilər barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti