Bakı. Trend:
Pentaqon hesab edir ki, F-35 qırıcılarının Səudiyyə Ərəbistanına mümkün satışı həssas texnologiyanın Çinə sızması riskini daşıyır.
Trend-in məlumatına görə, bu barədə “The New York Times” mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Tramp administrasiyası və Səudiyyə Ərəbistanı Vaşinqtona Ər-Riyada 48 ədəd F-35 qırıcısının tədarükünü təmin edəcək razılaşma üzərində işləyir. Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi potensial texnologiya sızmalarından narahatlığını ifadə edib. Pentaqonun Kəşfiyyat İdarəsi tərəfindən hazırlanmış hesabatda qeyd olunur ki, F-35 müqaviləsi bağlanarsa, Çin və Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsində əməkdaşlıq, eləcə də Pekinin kəşfiyyat fəaliyyətləri potensial təhlükə yarada bilər.
Noyabrın 18-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud 2018-ci ildən bəri ilk dəfə Vaşinqtona səfər edəcək və burada ABŞ Prezidenti Donald Trampla görüşəcək.