...

Dünya yeni qarşıdurmalar dövrünə qədəm qoyub – Pentaqon rəhbəri

Dünya xəbərləri Materials 6 Yanvar 2026 10:39 (UTC +04:00)
Dünya yeni qarşıdurmalar dövrünə qədəm qoyub – Pentaqon rəhbəri
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda dünya supergüclər arasında yeni qarşıdurma dövrünə qədəm qoyub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri (Müdafiə Nazirliyinin rəsmi adı Müharibə Nazirliyinə dəyişdirilib – red) Pit Heqset Virciniya ştatında yerləşən gəmiqayırma zavodunda gəmi inşaçıları qarşısında çıxışı zamanı bildirib.

“Biz supergüclər arasında yeni qarşıdurma dövründəyik”, – deyə o vurğulayıb.

Pentaqonun rəhbəri həmçinin ABŞ Müdafiə Nazirliyinin Müharibə Nazirliyi adlandırılması məsələsinə də toxunub. Heqset əmin edir ki, bu addım ABŞ-nin münaqişələrdə iştirak etmək istəyi ilə bağlı deyil.

Onun sözlərinə görə, ABŞ heç də müharibə axtarmır, lakin sülhü təmin etmək üçün müharibəni cilovlamağa hazır olmaq və zərurət yarandıqda onu qazanmaq qabiliyyətinə malik olmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti