...

Gürcüstan parlamentinin xarici əlaqələr üzrə komitəsi "Demokratiya və iqtisadi inkişaf təşkilatı-GUAM" Nizamnaməsini təsdiq etməyi parlamentə təklif edib

Dünya xəbərləri Materials 19 İyul 2006 17:00 (UTC +04:00)

Gürcüstan parlamentinin xarici əlaqələr üzrə komitəsi bu gün "Demokratiya və iqtisadi inkişaf təşkilatı-GUAM Nizamnaməsi" layihəsinin təsdiqini dəstəkləyib. Komitənin rəyində qeyd olunduğu kimi, bu təşkilat mayın 22-23-də Kiyevdə 4 dövlət - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova tərəfindən yaradılıb.

Trend in xüsusi müxbirinin qeyd etdiyi kimi, təşkilatın məqsədi demokratik dəyərlərin gücləndirilməsi, beynəlxalq və regional təhlükəsizlik, Avropa inteqrasiyasının genişləndirilməsidir.

Bu layihəni komitənin müzakirəsinə təqdim edən Gürcüstan xarici işlər nazirinin birinci müavini Valeri Çeçelaşvilinin Trend ə verdiyi xəbərə görə, bu sənədin təsdiqi inteqrasiya proseslərini daha tez həyata keçirməyə və yaxın gələcəkdə bu təşkilatın üzvlərinin sayını artırmağa imkan verəcək.

"GUAM bölgədə mühüm rol oynayır və bir neçə ölkə bu təşkilatın üzvü olmaq istədiyini bildirib. Hələ ki, onlar bizim forumlarda müşahidəçi qismində iştirak edirlər", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti