...

“TikTok” pul qazanmaq üçün yeni proqram təqdim edib

Gündəm Materials 21 Fevral 2023 12:00 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“TikTok” məzmun istehsalçılarına pul qazanmağa imkan verəcək yeni proqramı təqdim edib.

Trend-in məlumatına görə, hazırda müəyyən ölkələrdə sınaqdan keçirilən bu proqramda iştirak edən istifadəçilər adət etdiyimiz qısa videolar əvəzinə bir dəqiqədən uzun videolar paylaşacaqlar.

“TikTok”-un verdiyi açıqlamada bu proqramın “Creativity Program”, yəni “Yaradıcılıq Proqramı” adlandırıldığı bildirilib.

Hazırda proqram ABŞ, Fransa və Braziliyada sınaqdan keçirilir.

Proqramın köməyi ilə məzmun istehsalçıları bir dəqiqədən uzun videolar hazırlamaqla pul qazana biləcəklər. Proqramdan yararlanmaq istəyən məzmun istehsalçılarının normaldan daha uzun videolar paylaşması tələb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti