...

"Youtube" yeni özəlliyi sınaqdan keçirir

Gündəm Materials 3 Avqust 2023 10:08 (UTC +04:00)
"Youtube" yeni özəlliyi sınaqdan keçirir
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"YouTube" tərtibatçıları istifadəçilərə müəyyən bir videoya baxıb-baxmamaq lazım olduğunu əvvəlcədən anlamağa kömək etmək üçün yeni funksiyasını sınaqdan keçirir.

Trend-in məlumatına görə, bu məqsədlə hazırlanmış süni intellekt avtomatik olaraq videonun qısa təsvirini yaradacaq. "Youtube"-dan bildirilib ki, bu qısa xülasələr istifadəçilərə videonun məzmunu haqqında fikir verməlidir. Bu, videonun tələbata cavab verib-vermədiyini görmədən öyrənməyi mümkün və faydalı edəcək. Yeni funksiya xüsusilə uzun videolar üçün çox faydalı ola bilər.

Süni intellekt tərəfindən avtomatik yaradılacaq xülasələr videonun sahibinin istifadəyə verdiyi təsviri əvəz etmək üçün nəzərdə tutulmur, lakin həm video səhifəsində, həm də axtarış lentində görünəcək. Qeyd etmək lazımdır ki, yeni funksiya hələ də eksperimentaldır, ona görə də o, yalnız məhdud sayda videolarda işləyir.

Hazırda yalnız ingilis dilində və az sayda istifadəçi üçün mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti