...

Hacıqabuldakı yanğında ölənlərin adları məlum olub, ikisi uşaqdır (VİDEO)

Gündəm Materials 12 Oktyabr 2023 09:22 (UTC +04:00)
Hacıqabuldakı yanğında ölənlərin adları məlum olub, ikisi uşaqdır (VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Hacıqabul rayonunun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında yanğın olub.

Trend xəbər verir ki, yanğın nəticəsində 5 nəfər həlak olub, daha 2 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həlak olanların adlarını təqdim edirik:

Abışova Aybəniz Yolçu qızı (1981-ci il təvəllüdlü),
Abışova Sara (1950-ci il təvəllüdlü),
Sadıqova Zəhra Elçin qızı (2010-cü il təvəllüdlü),
Sadıqov Elgün Elçin oğlu (2012-ci il təvəllüdlü),
Mahmudov Mütəllim Əliyar oğlu (1943-cü il təvəllüdlü)

Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti