...

London derbisində “Çelsi” qalib gəlib

İdman Materials 3 May 2024 04:57 (UTC +04:00)
London derbisində “Çelsi” qalib gəlib

Bakı. Trend:

İngiltərə Premyer Liqasında 26-cı turdan təxirə salınmış oyun keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Çelsi” öz meydanında “Tottenhem”lə qarşılaşıb.

London derbisində “zadəganlar” qələbə qazanıblar. “Tottenhem” ardıcıl 3-cü oyunda uduzub. “Çelsi” 2:0 hesabı ilə qalib gəlib. Komandanın qollarını Çalobah və Jakson vurub.

“Tottenhem” 60 xalla 5-ci, “Çelsi” 51 xalla 8-ci pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti