Bakı. Trend:
Fransa yığmasının müdafiəçisi Lukas Ernandes AVRO-2024-dən kənarda qalacaq.
Trend İdman.biz-ə isitnadən xəbər verir ki, PSJ-nin futbolçusu Çempionlar Liqasının yarımfinalında “Borussiya”ya qarşı ilk oyunda zədələnib.
Lukas Dortmundda keçirilən qarşılaşmanın 42-ci dəqiqəsində sıradan çıxıb. İlkin müayinədən sonra 28 yaşlı müdafiəçinin Almaniyada keçiriləcək Avropa çempionatında çıxış edə bilməyəcəyi bildirilib.
Qeyd edək ki, ötən ilin yayında Paris klubuna keçən Ernandes 41 oyunda 2 qol vurub, 2 ötürmə verib.