...

"HƏMAS" İsrailin Qəzzada atəşkəs və girovlar üçün təkliflərini araşdırır

Gündəm Materials 3 May 2024 05:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"HƏMAS" hərəkatının Livandakı nümayəndəsi Əhməd Əbdül Hadi İsrailin Misirlə birgə hazırladığı Qəzza zolağında atəşkəs və girovlar haqqında saziş layihəsi ilə bağlı konkret nəticə çıxarmaqdan çəkinib.

Trend-in məlumatına görə, bu barədə "Al Mayadeen" telekanalı xəbər verib.

Əhməd Əbdül Hadi televiziya kanalına müsahibəsində bildirib ki, hərəkat razılaşma ilə bağlı təklifləri "ciddi şəkildə araşdırsa" da, "nəticələr barədə danışmaq hələ tezdir".

O qeyd edib ki, təqdim olunan sənədlərdə “ikimənalı ola biləcək ümumi ifadələr” var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti