...

Zərərçəkmiş dələduzluqda təqsirləndirilən sahibkardan 1,6 milyon manatını tələb edir

Hadisə Materials 14 Fevral 2018 16:29 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.
Zərərçəkmiş dələduzluqda təqsirləndirilən sahibkardan 1,6 milyon manatını tələb edir

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər çıxış ediblər. Zərərçəkən Qabil Əliyev C.Canıyevə qarşı mülki iddiasının təmin edilməsini və 1 milyon 600 min manat təzminatın ödənilməsini istəyib.

Təqsirləndirilən şəxsin çıxışından sonra onun vəkillərinə müdafiə çıxışı üçün söz verilib. Müdafiəçilər isə çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

İş üzrə növbəti məhkəmə prosesi fevralın 21-nə təyin edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror C.Canıyevin 10 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, iş adamı C.Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə, 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti