Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

Siyasət Materials 23 İyun 2026 20:17 (UTC +04:00)
Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikası parlamentinin üzvü Rouhollah Motefakker Azad ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, söhbət zamanı ölkələrarası və parlamentlərarası əlaqələrin mövcud vəziyyəti, inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. İki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, deputatların beynəlxalq platformalarda mütəmadi görüşlərinin əhəmiyyətindən danışılıb.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci sessiyasının, bu çərçivədəki tədbirlərin və müzakirə olunan məsələlərin müsəlman dünyasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi baxımından önəmi vurğulanıb.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti